Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Sumqayıt şəhərində məskunlaşan sakinlərlə səyyar qəbulu keçirildi.
27 oktyabr 2026-cı il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən Zəngilan rayon 15 nömrəli tam orta məktəbin akt zalında məskunlaşan zəngilanlı sakinlərlə səyyar qəbul keçirdi.
Görüşdə İcra Hakimiyyəti başçısının müavinləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, eləcə də rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.
İcra başçısı möhtərəm Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə sakinlərə ətraflı məlumat verdi.
Çıxış edən rayon sakinləri əvvəlki görüşlərdə qaldırılmış problemlərin müsbət həllinə görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Daha sonra vətəndaşların müraciətləri dinlənildi. Qaldırılan məsələlərlə bağlı sakinlərə zəruri izahatlar verilərək, müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi.







