Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü Sumqayıt şəhərində məskunlaşan zəngilanlı sakinlərlə keçirildi

23 sentyabr 2025 | 16:11

Vətəndaşların problemlərinin operativ şəkildə həll edilməsi və onlarla mütəmadi ünsiyyətin qurulması məqsədilə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının zəngilanlı sakinlərlə növbəti səyyar görüşü 23 sentyabr 2025-ci il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon 22 saylı məktəbin akt zalında  keçirildi.

Görüşdə icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.

Rayon rəhbəri sakinlər tərəfindən səsləndirilən gündəlik həyat və məskunlaşma ilə bağlı müraciətləri diqqətlə dinləyərək yerində araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verdi.

Sakinlər mütəmadi keçirilən görüşlərin problemlərin həllində əhəmiyyətli rol oynadığını, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. 

Keçidlər