Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 25.02.2025-ci il tarixdə Sumqayıt şəhərində məskunlaşan sakinlərlə növbəti səyyar görüşü keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 25 fevral 2025-ci il tarixdə Sumqayıt şəhərində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər. Vətəndaşlar ümumi problemlərlə bağlı Rayon İcra Hakimiyyəti başçısına müraciət etdilər.Müraciətlər dinlənildikdən sonra sakinlərə müvafiq izah verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti tapşırıqlar verildi. Sonda rayon sakinləri mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən çox müsbət qarşılandığını, bu görüşlərin mövcud problemlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, dövlət tərəfindən əhaliyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.