Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 15.10.2024-cü il tarixdə Abşeron rayonunda məskunlaşan sakinlərlə növbəti səyyar görüşü keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 15 oktyabr 2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə, müəssisə rəhbərləri iştirak etdilər.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində olduğu kimi, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə də aparılan abadlıq-quruculuq işlərindən danışmış və bütün bunların vətəndaşlarımızın rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərindən biri olduğunu qeyd etmişdir.
Sonra vətəndaşlar ümumi problemlərlə bağlı Rayon İcra Hakimiyyəti başçısına müraciət etdilər.
Müraciətlər dinlənildikdən sonra sakinlərə müvafiq izah verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti tapşırıqlar verildi.
Sonda rayon sakinləri mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.