Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 01.04.2026-cı il tarixdə Nizami rayonunda məskunlaşan sakinlərlə növbəti səyyar görüşü keçirildi.

01 aprel 2026 | 16:39

Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun səyyar qəbulu 1 aprel 2026-cı il tarixdə  İcra Hakimiyyətinin məsul əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə Nizami rayonu, Şirin Mirzəyev küçəsi 68 b, Zəngilan rayonu 29 nömrəli tam orta məktəbin akt zalında keçirildi.

Rayon İcra Hakimiyyəti başçısı cənab prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş torpaqlarımızda olan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Rayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına və rayon rəhbərinə öz təşəkkürlərini bildirdilər.

Daha sonra sakinlərin müraciətləri dinlənildi. Müraciətlər ilə bağlı sakinlərə müvafiq izah verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti tapşırıqlar verildi. 

 

Keçidlər