Zəngilan Rayon Ağsaqqallar Şurasının IV konfransı keçirildi.
30 may 2025-ci il tarixdə Zəngilan rayon icra hakimiyyətinin inzibati binasında Zəngilan Rayon Ağsaqqallar Şurasının IV konfransı keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Respublika Ağsaqqallar Şurasının mətbuat katibi Rafik Rzayev, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul işçiləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri və rayon ağsaqqalları iştirak etdi.
Tədbir Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi. Zəngilan rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənov Rayon Ağsaqqallar Şurasının son ildəki fəaliyyəti barədə danışdı.
Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov hesabat dövründə görülmüş işlər haqqında məruzə etdikdən sonra tədbir məruzə ətrafında çıxışlarla davam etdi.
Konfransın sonunda Rayon Ağsaqqallar Şurasının fəaliyyətinə “qənaətbəxş” qiymət verildi.