Zəngilan rayon 34 nömrəli tam orta məktəbdə erkən nikaha dair maarifləndirici tədbir keçirildi.
16 dekabr 2024 | 14:31
16 dekabr 2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Zəngilan rayon 34 nömrəli tam orta məktəbdə “Erkən Nikaha Yox Deyək” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları, məktəbin direktoru, psixoloqu və həmin təhsil ocağının 9,10,11-ci sinif şagirdləri iştirak etdilər.
Tədbirdə çıxış edənlər “erkən nikahın” qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquqpozuntuları barədə məlumat verdi.
Daha sonra mövzu ətrafında müzakirələr aparıldı.