Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon 29 nömrəli tam orta məktəbində son zəng tədbiri keçirildi.

13 iyun 2026 | 19:04

13 iyun 2026-cı il tarixdə Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Zəngilan rayon 29 nömrəli tam orta məktəbində də son zəng tədbiri keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının müavini Nizami Mönsümov, rayon 29 nömrəli tam orta məktəbin pedoqoji kollektivi, məzunlar, valideynlər iştirak etdi.

Dövlət himninin sədaları ilə açıq elan edilən tədbirdə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

RİH başçısının müavini Nizami Mönsümov müəllimləri, şagirdləri tədris ilinin uğurla başa çatması münasibətilə təbrik edərək, məzunlara müstəqil həyatda atacaqları hər bir addımda müvəffəqiyyətlər arzuladı.

Tədbir məktəbin 1-ci və məktəb həyatına əlvida deyən 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət musiqili-bədii hissə ilə davam etdi.

“Son zəng” tədbiri 2025-2026-cı tədris ilində fərqlənən şagirdlərə məktəbin direktorunun fəxri fərmanının təqdim olunması ilə yekunlaşdı.

Rayonunun digər məktəblərində də son zəng tədbirləri məzunların həyatında xoş xatirəyə çevrildi.

Keçidlər