Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon 26 nömrəli məktəbin akt zalında Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Məişət Zorakılığı" ilə bağlı tədbir keçirilib.

04 may 2023 | 16:48

Tədbirdə Zəngilan rayon İcra Hakimiyyəti başçısı aparatında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisianın məsul katibi Nərmin Hüseynzadə,

Zəngilan rayon İcra Hakimiyyəti başçısı aparatında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisianın psixoloqu Mətanət Həsənova,

Zəngilan rayon 26 nömrəli məktəbin 10,11-ci sinif şagirdləri, kollektivi , valideynləri iştirak ediblər. 

Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisianın məsul katibi xanım Nərmin Hüseynzadə çıxış edərək qeyd etdi ki, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması və məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının potensialının artırılması tələb olunur.

Daha sonra Komissiyanın məsləhətçi-psixoloqu çıxış edərək qeyd etdi ki, məişət zorakılığı ailədə böyüyüb boya başa çatan uşaqların tərbiyəsinə, psixologiyasına, sağlam düşüncə tərzinin formalaşmasına mənfi təsir göstərir. Zorakılığın şahidi olmuş körpələrin sağlamlığı ilə yanaşı, davranışında da problemlər ortaya çıxır, belə körpələr emosional travmadan əziyyət çəkir və tədris prosesində çətinliklərlə üzləşirlər. Evlərində zorakılığın müşahidə edilməsi nəticəsində uşaqlar arasında yuxu pozuntusu və qida qəbulu ilə bağlı çətinliklər, fikri cəmləşdirmək, ümumi narahatçılıq yaşamaq, əyləncəyə marağı itirmək, özünə qiymət verməmək, həmyaşıdlarından kənar gəzmək və ya uzaqlaşmaq, məktəb mühitində özünü dikbaş və ədəbsiz aparmaq, təhsildə geriləmək, təhsildən yayınmaq halları daha çox rast gəlinən ümumi problemlərdir. Uşaqlıq dövründə zorakılığa məruz qalan və ya zorakılıq şahidi olan uşaqların böyüdükdə zorakılıq törətməyə meyilli olmaları ehtimalı çox yüksəkdir. Bu da onların gələcəkdə davranışlarında, psixologiyasında özünü biruzə verərək, sağlam düşüncəli insan kimi formalaşmasına mənfi təsir edir.

Tədbir mövzunun diskussiya forması ilə yekunlaşıb.

Keçidlər