Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan məktəblərində yeni tədris ilinin başlanması münasibətilə tədbirlər keçirildi.

15 sentyabr 2026 | 12:56

Respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi, Zəngilan rayonu 5 nömrəli tam orta məktəbdə də 15 Sentyabr – Bilik Günü təntənəli şəkildə qeyd olundu.

Bu münasibətlə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, məktəbin kollektivi, müəllimlər və valideynlər iştirak etdilər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Məktəbin direktoru Mayis Quliyev tədbir iştirakçılarını salamlayaraq son illər ölkəmizdə, o cümlədən Zəngilan rayonunda təhsilin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən və yaradılan əlverişli təlim mühitindən bəhs etdi. Direktor, həmçinin ötən tədris ilinin yekunları və yeni dərs ilində pedaqoji kollektivin qarşısında duran mühüm vəzifələri diqqətə çatdırdı.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Bilik Günü münasibətilə şagirdləri, müəllimləri və valideynləri təbrik edərək onlara yeni tədris ilində uğurlar arzuladı. Zəngilan rayon üzrə ümumtəhsil məktəblərini başa vurmuş 201 nəfər şagirddən 31-i 500-700 bal arası nəticələr əldə etmişdilər.

Ramiz Həsənov bu uğurun təməlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdikləri yüksək diqqət və qayğının dayandığını xüsusi olaraq qeyd etmişdir.

Bilik Günü ilə bağlı ilk zəng sədaları altında məktəbin şagirdləri yeni dərs ilinə başladılar.

 

 

 

Keçidlər