Yubiley qeyd olundu.
15 yanvar 2026 | 15:54
Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına və anadan olmasının 65 illik yubileyi münasibətilə Əliyev Mübariz Bəxtiyar oğlu Zəngilan Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif edildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və RİH başçısı aparatının məsul əməkdaşları yubiliyarı təbrik edərək ona cansağlığı və işlərində uğurlar arzuladılar.
Mübariz Əliyev göstərilən diqqətə və təbriklərə görə Zəngilan rayon İcra hakimiyyəti başçısı cənab Ramiz Həsənova və kollektivə minnətdarlığını bildirdi.







