Yeni tədris ili başlandı!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərsin 15 sentyabrda başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.
Yeni tədris ilinin ilk günündə Zəngilan Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ramiz Həsənov Sumqayıt şəhərində fəaliyyət göstərən 5 nömrəli Zəngilan tam orta məktəbdə olmuşdur.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Məktəbin direktoru Mais Quliyev çıxışına təbriklə başlayaraq, ötən tədris ilinin yekunları , yeni dərs ilinə hazırlıq , təhsil islahatları ilə əlaqədar pedaqoji kollektivin qarşısında duran mühüm vəzifələr barədə danışmışdır.
Sonra Rayon İcra Hakimiyyətininin başçısı cənab Ramiz Həsənov “Bilik günü” münasibətilə məktəbin pedoqoji kollektivini, şagirdləri və valideynləri salamlayaraq , xoş arzularını bildirmiş, onları səmimi qəlbdən təbrik etmişdir.
Son dövrlər rayonda təhsil sahəsində irəliləyişləri vurğulamış, 5 nömrəli tam orta məktəbin pedoqoji kollektivini və şagirdləri yaradılan imkan və şəraitə layiq çalışmağa, yalnız müsbət nəticələr əldə etməyə çağırmışdır.
Respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi, burada da ilk dərs “Heydər Əliyev Müstəqil Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr edilmişdir.