Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 30-cu ildönümü keçirildi.

11 noyabr 2022 | 12:22

Noyabr ayının 11-də Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirildi. lk olaraq ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış büstü önünə gül dəstələri qoyuldu. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olundu.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışdı.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov öz çıxışında müstəqil Azərbaycan tarixində özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursunun dayandığını bildirdi.

 Milli Məclisin deputatı İmamverdi İsmayılov Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməklə öz qüdrətini bütün dünyaya nümayiş etdirdiyini vurğuladı.

Tədbirdə YAP İdarə Heyətinin üzvü Ramiz Hüseynov, YAP Veteranlar Şurasının üzvü Adilə Abasova, partiya veteranı Həsən Ələkbərov, 1-ci Qarabağ müharibəsi iştirakçısı, qazi Mübariz Quliyev və ərazi partiya təşkilat sədri Emin Əliyev Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışdılar.

Tədbirin sonunda Vətən müharibəsində iştirak etmiş qazilərə medallar təqdim olundu. Rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar və partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edildi.

 

Keçidlər