Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirildi.

18 oktyabr 2024 | 17:53

18 oktyabr Müstəqilliyin Bərpası Günü və ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamına uyğun olaraq Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Məcburi köçkünlər üçün salınmış yaşayış massivində növbəti ağacəkmə aksiyası keçirildi.

Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov və aparatın məsul əməkdaşları iştirak etdilər.

Ağacəkmə aksiyası növbəti günlərdə də davam etdiriləcəkdir.

Keçidlər