"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirildi.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 29 mart 2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində fəaliyyət göstərən Zəngilan rayonu 33 saylı tam orta məktəbin və qəsəbənin həyətində ağacəkmə aksiyası keçirildi.
Bu aksiyada Aparatın məsul işçiləri, YAP Zəngilan rayon təşkilatının, Zəngilan rayon Kommunal Müəssisələr Kombinatının, Təhsil və Mədəniyyət sektorunun əməkdaşları iştirak etdilər.
Ağacəkmə aksiyalarının keçirilməsi eyni zamanda yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etmək üçün zəmin yaradır.