YAP Zəngilan rayon təşkilatının yaradılmasının 30 illiyi ilə əlaqədar geniş rayon tədbiri keçirildi.
05 aprel 2024-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyəti və YAP Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə YAP Zəngilan rayon təşkilatının yaradılmasının 30 illiyi ilə əlaqədar geniş rayon tədbiri keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, YAP Mərkəzi aparatının əməkdaşı, Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları üzrə kurator Elmar Məmmədov, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul işçiləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin işçiləri, idarə-müəssisə rəhbərləri, rayon ziyalıları, QHT-lərin yerli nümayəndələri, rayon ağsaqqalları iştirak etdi.
İlk olaraq rayon icra hakimiyyətinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu.
Tədbir Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli və məsuliyyətli tarixi yoldan bəhs etdi. Daha sonra mövzü ətrafında tədbir iştirakçılarının çıxışları davam etdi.
Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi partiya dəyərlərinin təbliğində aktiv iştirak etdiyi üçün bir qrup YAP fəalına Fəxri Fərmanlar, YAP üzvlüyünə yeni qəbul olunmuş bir qrup gəncə YAP üzvlük vəsiqələri və YAP Zəngilan rayon təşkilatının yaranmasında xüsusi xidmətləri olmuş Həsən Ələkbərov və Almas Osmanovaya anadan olmasının 70 illik yubileyi münasibəti ilə rayon icra hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələri təqdim olundu.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı tarixindən bəhs edən videoçarx nümayiş olundu.
Tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə başa çatdı.