Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirildi.

26 fevral 2026 | 15:42

XX əsrin sonunda baş vermiş, işğalçı və cinayətkar erməni siyasətinin nəticəsi olan, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri - Xocalı soyqırımından 34 il ötür.

26 fevral 2026-cı il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu, Masazır qəsəbəsi, keçmiş məcburi köçkünlər üçün salınmış şəhərcikdə fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, rayon ziyalıları, rayon ağsaqqalları, şəhid ailələri, QHT-lərin yerli nümayəndələri, rayonun ümumtəhsil məktəb direktorları və psixoloqları iştirak etdi.

İlk olaraq Zəngilan rayon məktəblərində təhsil alan şagirdlərin hazırladığı 26 Fevral - Xocalı faciəsinə həsr olunmuş sərgiyə baxıldı.

Tədbir Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın bütövlüyü uğrunda şəhadətə yüksəlmiş vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsindən və girov götürülməsindən, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından danışıldı.

Sonda Xocalı faciəsinə həsr olunmuş “Əsirlikdə 8 gün” filmi nümayiş olundu.

Keçidlər