Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.

23 fevral 2024 | 15:53

XX əsrin sonunda baş vermis, işğalçı və cinayətkar erməni siyasətinin nəticəsi olan, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri - Xocalı soyqırımından 32 il ötür.

23 fevral 2024-cü il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə Abşeron rayonu, Masazır qəsəbəsi, keçmiş məcburi köçkünlər üçün salınmış şəhərcikdə fəaliyyət göstərən Zəngilan Mədəniyyət klubunda Xocalı soyqırımının 32-ci ildönümü  ilə əlaqədar “Faciədən doğan intiqam” adlı tədbir keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Zəngilan rayon təşkilatının üzvləri, Aparatın və şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin məsul əməkdaşları, idarə-müəssisə rəhbərləri, rayon ziyalıları, şəhid ailələri, qazilər, QHT-lərin yerli nümayəndələri, rayon ağsaqqalları iştirak etdi.

Tədbir Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra tədbir iştirakçılarına xalqımızın başına gətirilən müsibətləri, dəhşətli faciəni əks etdirən “Ağrı” filmi nümayiş olundu.

Sonda Zəngilan rayon 33 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya nümayiş olundu.

Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xankəndindəki hərbi paradda iştirakının və andiçmə mərasimindəki çıxışlarından  bəhs edən videoçarxla yekunlaşdı.

 

Keçidlər