Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirildi
XX əsrin sonunda baş vermis, işğalçı və cinayətkar erməni siyasətinin nəticəsi olan, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri - Xocalı soyqırımından 31 il ötür.
24 fevral 2023-cü il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət klubunda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon, kənd, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, müəssisə və idarə rəhbərləri iştirak etdi.
Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Daha sonra tədbir iştirakçılarına xalqımızın başına gətirilən müsibətləri, dəhşətli faciəni əks etdirən video çarx nümayiş olundu.
Sonda 4 nömrəli Zəngilan rayon məktəbinin şagirdlərinin hazırladığı bədii kompozisiya nümayiş olundu.