Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaş məmnunluğunun təmin olunması, sakinlərin müraciətlərinə həssas yanaşılması və problemlərin yerində öyrənilməsi məqsədilə səyyar qəbullar mütəmadi olaraq davam etdirilir.

04 avqust 2026 | 17:04

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən sakinlərlə birbaşa təmasın gücləndirilməsi, onların müraciətlərinə həssas yanaşmanın təmin olunması və mövcud problemlərin yerində öyrənilməsi məqsədilə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu Yasamal rayonu, Bünyadzadə küçəsi 1, 286 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Qəbulda RİH başçısının müavinləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər.

Səyyar qəbul zamanı vətəndaşlar fərdi qaydada dinlənildi. Müraciətlər yerində araşdırılaraq müsbət həllini tapdı, araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürüldü və rayon rəhbəri tərəfindən aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi. 

 

Keçidlər