Vətən müharibəsi şəhidi Səfərov Fariz Şəmil oğlunun ailəsi ziyarət olundu.
22 yanvar 2025 | 16:42
Zəngilan Rayon İcra Hakimiyyəti başçısı cənab Ramiz Həsənovun tapşırığına əsasən 22 yanvar 2025-ci il tarixdə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Zəngilan rayon Komitəsinin sədri Məmmədov İman Zülfüqar oğlu və Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Zeyniyev Araz Oktay oğlu Şirvan şəhərində məskunlaşmış Vətən müharibəsi şəhidi Səfərov Fariz Şəmil oğlunun övladlarının ad günlərini təbrik etmək üçün ailəni ziyarət etmişdirlər. Görüşdə şəhid övladlarına hədiyyələr təqdim edilmiş, daha sonra isə şəhidimizin qəsəbədəki barelyefi ziyarət edilmişdir. Davamlı göstərilən diqqətə görə şəhidin ailə üzvləri Rayon rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.