Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Sarıyev Samir Əli oğlunun anım günü keçirildi.

27 oktyabr 2023 | 12:58

27 oktyabr 2023-cü  il tarixdə Vətən Müharibəsi şəhidi Sarıyev Samir Əli oğlunun anım günü keçirilməsi ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, rayonun axundu, Hüquq-Mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələri, ictimai təşkilatların rəhbərləri və rayon ziyalıları tərəfindən Suraxanı rayonu “Dədə Qorqud” qəbiristanlığında dəfn olunan şəhidimizin məzarı ziyarət edilərək üzərinə gül dəstələri düzüldu və  ruhuna dualar oxundu. Həmçinin Suraxanı rayonu “Dədə Qorqud” qəbiristanlığında dəfn olunan digər şəhidlərimiz Orucov Müşfiq Arif oğlu və Məhərrəmov Fərid Asif oğlunun  məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzüldü.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Sarıyev Samir Əli oğlu ölümündən sonra "Vətən uğrunda", "Füzuli rayonunun azad olunmasına görə", "Cəbrayıl rayonunun azad olunmasına görə", "Xocavənd rayonunun azad olunmasına görə", "Cəsur döyüşçü" medalları", 3- cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

 

Keçidlər