Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Rzazadə Həsən Vüqar oğlunun anım günü keçirildi.

29 oktyabr 2023 | 10:34

29 oktyabr 2023-cü  il tarixdə Vətən Müharibəsi şəhidi Rzazadə Həsən Vüqar oğlunun anım günü keçirilməsi ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, YAP Zəngilan rayon təşkilatı, rayonun axundu, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələri, ictimai təşkilatların rəhbərləri və rayon ziyalıları tərəfindən II Fəxri Xiyabanda dəfn olunan şəhidimizin məzarı ziyarət edilərək üzərinə gül dəstələri düzüldu və  ruhuna dualar oxundu. Həmçinin II Fəxri Xiyabanda dəfn olunan digər şəhidlərimizin məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzüldü.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rzazadə Həsən Vüqar oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəbrayıl rayonunun azad olunmasına görə", "Laçın rayonunun azad olunmasına görə", "Qubadlı rayonunun azad olunmasına görə" medalları, “Qarabağ “ ordeni ilə təltif edilmişdir.

Keçidlər