Vətən Müharibəsi şəhidi Noçuyev Surxay Əbdül oğlunun anım günü keçirildi.
09 noyabr 2024-cü il tarixdə Vətən Müharibəsi şəhidi Noçuyev Surxay Əbdül oğlunun anım günü keçirilməsi ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələri, ictimai təşkilatların yerli rəhbərləri və rayon ziyalıları tərəfindən II Fəxri Xiyabanda dəfn olunan şəhidimizin məzarı ziyarət edilərək üzərinə gül dəstələri düzüldu və ruhuna dualar oxundu.
II Fəxri Xiyabanda dəfn olunan digər şəhidlərimizin və Birinci Qarabağ Müharibəsində şəhid olan şəhidlərimizin də məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzüldü.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Noçuyev Surxay Əbdül oğlu “Vətən Müharibəsi Qəhrəmanı”, “Qüsursuz xidmətə görə”, 3-cü dərəcəli, ”Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, ”Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, ”Azərbaycan Silahlı qüvvələrinin 95 illiyi” yubileyi, “Azərbaycan Ordusunun 100 illiyi” yubileyi medalları ilə təltif edilmişdir.