Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Mehdiyev İsmayıl David oğlunun anım günü keçirildi.

12 dekabr 2023 | 17:31

12 dekabr 2023-cü  il tarixdə Vətən Müharibəsi şəhidi Mehdiyev İsmayıl David oğlunun anım günü keçirilməsi ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, rayonun axundu, Hüquq-Mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələri, ictimai təşkilatların rəhbərləri və rayon ziyalıları tərəfindən II Fəxri Xiyabanda dəfn olunan şəhidimizin və həmin xiyabanda uyuyan digər şəhidlərimizin məzarları ziyarət edilərək üzərinə gül dəstələri düzüldü və  ruhuna dualar oxundu. Daha sonra Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidimizin anım günü ilə əlaqədar ehsan süfrəsi açıldı.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mehdiyev İsmayıl David oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavənd rayonunun azad olunmasına görə” medalları  ilə təltif edilmişdir.

Keçidlər