Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidi Abdullayev Sənan Şahin oğlunun anım günü keçirildi.

05 oktyabr 2023 | 17:02

05 oktyabr 2023-cü  il tarixdə Vətən Müharibəsi Şəhidi Abdullayev Sənan Şahin oğlunun anım günü keçirildi. Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı, Hüquq-Mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələri və rayon ziyalıları II Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət edərək  üzərinə gül dəstələri düzdülər.  Sonra Vətən müharibəsi şəhidinin ruhuna dualar oxundu.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Abdullayev  Sənan Şahin oğlu ölümündən sonra 3- cü dərəcəli "Vətənə xidmətə görə" ordeni", "Vətən uğrunda", "Füzuli rayonunun azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Keçidlər