Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidi Abduləzimli Emil Rasif oğlunun anım günü keçirildi.

19 oktyabr 2023 | 14:31

19 oktyabr 2023-cü  il tarixdə Vətən Müharibəsi şəhidi Abduləzimli Emil Rasif  oğlunun anım günü keçirilməsi ilə əlaqədar Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Hüquq-Mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələri, ictimai təşkilatların yerli rəhbərləri və rayon ziyalıları tərəfindən Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunan şəhidimizin məzarı ziyarət edilərək üzərinə gül dəstələri düzüldu və  ruhuna dualar oxundu. Həmçinin Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunan digər şəhidlərimizin məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzüldü.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Abduləzimli Emil Rasif oğlu ölümündən sonra 3- cü dərəcəli "Vətənə xidmətə görə" ordeni,"Vətən uğrunda" , "Füzuli rayonunun azad olunmasına görə", "Cəbrayıl rayonunun azad olunmasına görə" , “Xocavənd rayonunun azad olunmasına görə" ,"Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Keçidlər