Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Qəhrəmanı Surxay Noçuyevin doğum günü ilə əlaqədar anım mərasimi qeyd edildi

19 dekabr 2022 | 16:13

19 dekabr 2022-ci il tarixində Zəngilan rayonu Vətən müharibəsi Qəhrəmanı Surxay Noçuyev adına 1 nömrəli məktəbdə Surxay Noçuyevin doğum  günü ilə əlaqədar anım mərasimi keçirildi.

Anım mərasimində şəhidlərimizin ailə üzvləri, Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının sədri N.Quluzadə, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini N.Mönsümov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektor müdiri, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.

Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan anım tədbirinin rəsmi hissəsində çıxış edənlər şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin hər zaman uca tutulduğunu və ehtiramla yad edildiyini, Prezident-Ordu-Xalq birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyini, haqq-ədalətin bərpa olunduğunu, Şanlı Zəfər gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığını, üçrəngli bayrağımızın  işğaldan azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalandığını vurğuladılar.

Şəhidimiz ilə bağlı xatirələrini bölüşən valideyni Əbdül Noçuyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını bildirdi.

Anım tədbiri məktəbin şagirdləri tərəfindən hazırlanan kompozisiya ilə sona çatdı.  

 

Keçidlər