Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar bayram tədbiri keçirildi

01 iyun 2023 | 15:00

01 iyun 2023-cü il tarixdə  Zəngilan rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən rayonun Şəfəq uşaq bağçası-Körpələr evində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirildi.

Tədbirdə Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi”nin sədri Emin Əliyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayon sektorunun müdiri Kənan İmaməliyev və  Rayon İcra hakimiyyətinin əməkdaşları iştirak etdilər.

Tədbir uşaqların və müəllimlərin hazırladıqları səhnəciklərlə davam etdirildi.

 

Keçidlər