Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqdan uşağa” layihəsi çərçivəsində uşaq hüquqları mövzusunda tədbir keçirilib.

16 may 2025 | 16:08

16 may 2025-ci il tarixdə Zəngilan rayon İcra hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə Abşeron  rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərcikdə fəaliyyət göstərən Zəngilan rayon 33 nömrəli tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş “Uşaqdan uşağa” layihəsi çərçivəsində uşaq hüquqları mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Zəngilan rayon Polis şöbəsinin əməkdaşı, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Gənclərlə iş sektorunun nümayəndəsi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında yaradılan Uşaq Səfirlər Məclisinin Zəngilan rayon nümayəndələri iştirak etdi.

Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsləhətçi psixoloqu Mətanət Həsənova Ümummili Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Dövlət uşaq və gənclər siyasətinin ölkə başçısı cənab İlham Əliyev bu gün uğurla həyata keçirdiyini, yeniyetmə və gənclərə daim diqqət və qayğının göstərildiyi barədə, narkomaniya, erkən nikah, uşaq əməyinin istismarı və uşaq hüquqlarını mövzusunda  çıxış edib.

Sonra, Zəngilan rayon polis şöbəsi rəisinin şəxsi heyətlə işlər üzrə köməkçisi-polis mayoru İsmayıl Əbilov, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Musa Hüseynov mövzu ətrafında çıxış edərək  şagirdlərə sağlam  həyat tərzinin əhəmiyyətindən, onların hüquq və vəzifələri barədə ətraflı məlumat verdilər. Uşaq Səfirlər məclisinin nümayəndələri ilə birlikdə mövzu ətrafında geniş müzakirələr aparıldı və onları  maraqlandıran suallar cavablandırıldı.

Keçidlər