“Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbirlər davam edir
12 noyabr 2026-cı il tarixində Sumqayıt şəhərində yerləşən Zəngilan rayon 15 saylı tam orta məktəbdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə məktəbin direktorunun, psixoloqlarının, uşaq birliyi rəhbərlərinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirildi.
Tədbirdə çıxış edən Zəngilan RİH başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gülnarə Orucova “Uşaq Hüquqları Aylığı”nın əhəmiyyətindən bəhs edərək qeyd etdi ki, aylığın əsas məqsədi ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bu sahədə ictimaiyyətin məlumatlılığının artırılması və uşaq hüquqlarının qorunmasına diqqətin daha da gücləndirilməsidir.
Daha sonra məktəbin direktoru, psixoloqları və uşaq birliyi rəhbəri tərəfindən mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı. Uşaq hüquqlarının qorunması, uşaqların hüquq və vəzifələri, eləcə də bu sahədə maarifləndirmənin əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı.







