Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq Hüquqları Aylığı” çərçivəsində növbəti tədbir keçirildi

17 noyabr 2026 | 15:45

          17 noyabr 2026-cı il tarixində Abşeron rayonunun Masazır qəsəbəsində  yerləşən Zəngilan rayon 33 saylı tam orta məktəbdə  Zəngilan Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə  məktəbin direktorunun, psixoloqlarının, uşaq birliyi rəhbərlərinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirildi.

          Tədbirdə çıxış edən Zəngilan RİH başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gülnarə Orucova “Uşaq Hüquqları Aylığı”nın əhəmiyyətindən bəhs edərək qeyd etdi ki, aylığın əsas məqsədi ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bu sahədə ictimaiyyətin məlumatlılığının artırılması və uşaq hüquqlarının qorunmasına diqqətin daha da gücləndirilməsidir.

          Daha sonra rayon İcra hakimiyyəti aparatında  Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi vəzifəsini müvəqqəti icra edən Telli Cavadova mövzu ətrafında öz tövsiyyəvi fikirlərini bildirmişdir.

Mövzu ilə bağlı məktəb  psixoloqları və uşaq birliyi rəhbəri tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı. Uşaq hüquqlarının qorunması, uşaqların hüquq və vəzifələri, eləcə də bu sahədə maarifləndirmənin əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı.

Keçidlər