Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda rayon tədbiri keçirildi.

09 may 2026 | 13:29

Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insan, Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü ilə əlaqədar 09 may 2026-cı ildə Zəngilan Rayon İcra Hakimiyyətinin və YAP Zəngilan rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Hüquq-Mühafizə orqanlarının rəhbərləri, YAP Zəngilan rayon təşkilatı,  Aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, partiya fəalları, rayon ziyalıları, qazilər, QHT-lərin yerli nümayəndələri, rayonun ümumtəhsil məktəblərinin direktorları iştirak etdilər.

Əvvəlcə tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz, uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın rifahı naminə gördüyü işlərdən, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərdən danışdı. Milli Məclisin deputatı İmamverdi İsmayılov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə  və YAP veteranı, rayon ziyalısı Almaz Osmanova müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından söhbət açdılar. Eyni zamanda, Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillər üçün örnək olduğunu və əziz xatirəsinin xalqımız tərəfindən hər zaman uca tutulacağını vurğuladılar.

Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv olan gənclərə üzvlük vəsiqələri təqdim olundu və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri fərmanla təltif edildi.

Sonda Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə videoçarx nümayiş olundu. 

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşdı.

 

 

Keçidlər