Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar Lider” adlı ümumrayon tədbiri keçirildi.

08 may 2025 | 15:06

Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insan, Ulu Öndər Heydər Əliyevin 102 illiyi ilə əlaqədar 08 may 2025-ci ildə Zəngilan rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirildi.

Tədbirdə Zəngilan rayon İcra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov, YAP Zəngilan rayon təşkilatı, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, məktəb direktorları, partiya fəalları, rayon ziyalıları, qazilər, QHT-lərin yerli nümayəndələri iştirak etdilər.

Əvvəlcə tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.

Tədbir Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. 

Daha sonra Nizami Mönsümov Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın rifahı naminə gördüyü işlərdən, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərdən danışdı.

Zəngilan rayonu Surxay Noçuyev adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi Kənan Məmmədov “Əbədiyaşar Lider” mövzusunda məruzə ilə çıxış etdi.

Tədbir məruzə ətrafında çıxışlarla davam etdi.

Sonra Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatı tərəfindən partiyanın fəal üzvlərinə fəxri fərmanlar təqdim olundu, partiyaya yeni qəbul olunmuş şəxslərə vəsiqələr verildi.

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Əbədiyyətin ilk əsri” filmi nümayiş olundu.

Keçidlər