“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi.
22.08.2025-ci il tarixdə Zəngilan rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi.
Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, məktəb direktorları, şəhid ailələri, qazilər, rayon ziyalıları, rayon ağsaqqalları, QHT-lərin yerli nümayəndələri iştirak etdilər.
Tədbir Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi barədə ətraflı məlumat verdi.
Daha sonra İctimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnurə Kərimova “Konstitusiya və suverenliyimiz milli qürurumuz, iftixar mənbəyimizdir” mövzusunda geniş məruzə ilə çıxış etdi. Məruzədə qeyd edildi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olundu. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir.
Tədbir məruzə ətrafında çıxışlarla davam etdirildi.
Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş olundu.







