Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi.
Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
12 dekabr 2023-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində yerləşən Ümummili Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edildi. Anım tədbirində Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, Aparatın və Rayon Polis Şöbəsinin məsul əməkdaşları iştirak etdilər.