Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar 101 ədəd ağacın əkilməsi aksiyası keçirildi.

10 may 2024 | 16:33

10 may 2024-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Abşeron rayonu, Masazır qəsəbəsində fəaliyyət göstərən Zəngilan rayon 33 nömrəli tam orta məktəbin həyətində Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 101 illiyi ilə əlaqədar olaraq 101 ədəd ağacın əkilməsi aksiyası keçirildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, Aparatın əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri, idarə-müəssisə rəhbərləri, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayonu üzrə sektorunun və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə nümayəndəliyinin işçiləri iştirak etdilər.

Keçidlər