Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti”nə həsr olunmuş rayon qadınlarının konfransı keçirildi.
Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar 11 oktyabr 2023-cü il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti”nə həsr olunmuş rayon qadınlarının konfransı keçirildi.
Konfransda Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Xanım Rüstəmova, Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının, rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, idarə və təşkilatların qadın əməkdaşları iştirak etdilər.
İlk öncə rayon icra hakimiyyətinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu. Sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Xanım Rüstəmova bildirdi ki, ölkəmizdə qadın siyasətinin təməl prinsiplərinin müəyyən olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan qadının həm ailədə, həm işdə, həm də ki cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurudur.
Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilib. Bu gün də Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva ölkəmizdə qadınlarla bağlı layihələrin həyata keçirilməsində xüsusi fəaliyyət proqramları həyata keçirirlər. Bugün Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır.
Daha sonra konfrans mövzu ətrafında müzakirələrlə davam etdirildi.