Ulu öndər Heydər Əliyev yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə anılır
12 dekabr 2022-ci il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində yerləşən Ümummili Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edildi. Anım tədbirində Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, RİH başçısı Aparatının məsul əməkdaşları, Rayon Polis İdarəsinin rəis müavini iştirak etdilər.
Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə bu gün Ümummilli Lider Heydər Əliyev ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə anılır. Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur.