Təsdiq edilmiş qrafikə əsasən Zəngilan RİH başçısının zəngilanlı sakinlərlə növbəti səyyar qəbulu Abşeron rayonu, Xırdalan şəhərində keçirildi
Ölkə rəhbərinin tapşırığına əsasən vətəndaşların problemlərinin operativ şəkildə həll edilməsi və onlarla mütəmadi ünsiyyətin qurulması məqsədilə keçirilən səyyar görüşlər insanların müraciətlərini birbaşa dinləmək və onların həlli yollarını müəyyənləşdirmək üçün mühüm platforma rolunu oynayır.
Təsdiq edilmiş qrafikə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti başçısı cənab Ramiz Həsənovun zəngilanlı sakinlərlə növbəti səyyar qəbulu 02 dekabr 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən B.Cəfərov adına 3 nömrəli tam orta məktəbin akt zalında icra başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirildi.
Görüşdə sakinlər tərəfindən gündəlik həyat və məskunlaşma ilə bağlı bir sıra məsələlər – sosial rifah, məşğulluq, infrastruktur və digər mövzularla bağlı müraciətlər səsləndirildi. İcra başçısı hər bir müraciəti diqqətlə dinləyərək yerində araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verdi.







