Şriftin ölçüsü :

Saytın rəngi :

“Tərəqqi” medalı təqdim edildi.

07 noyabr 2023 | 12:12

22 iyun 2023-cü il tarixdə Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə  “Tərəqqi” medalı ilə təltif edilən  Başçının müavini-İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Mönsümov Nizami İsmayıl oğlunun medalı təqdim olundu. Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov  ölkə başçısı cənab İlham Əliyevin dövlət qulluqçularına xüsusi diqqətini vurğulayaraq qeyd etdi ki, hər bir dövlət qulluqçusunun qarşısında qoyulan ən əsas vəzifə tutduğu vəzifələrin məsuliyyət və şərəfini dərindən dərk edərək, xalqa və dövlətçiliyə sədaqətlə, vicdanla xidmət etməkdir. Nizami Mönsümov dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.

Keçidlər