“Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda rayonun ümumtəhsil məktəb şagirdləri arasında rəsm və əl işlərindən ibarət müsabiqə keçirildi.
27 noyabr 2023-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyəti və Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Zəngilan rayonu üzrə sektorunuun təşkilatçılığı ilə Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm və əl işlərindən ibarət müsabiqə keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan Rayon təşkilatının sədri Natiq Quluzadə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Zəngilan rayonu üzrə sektor müdiri və məsul əməkdaşlar iştirak etdi.
Zəngilan rayon məktəblərində təhsil alan şagirdlərin hazırladığı sərgiyə baxış keçirildikdən sonra qaliblər mükafatlandırıldı.