Şriftin ölçüsü :

Saytın rəngi :

“Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirildi.

26 oktyabr 2023 | 16:02

26 oktyabr 2023-cü il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, Aparatın məsul işçiləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri, idarə-müəssisə rəhbərləri, partiya fəalları, rayon ziyalıları, qazilər, QHT-lərin yerli nümayəndələri iştirak etdi.

Tədbir Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbir Zəngilan rayonu 33 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı  kompazisiya ilə davam etdi. 

Sonda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Tarix yazan əbədiyaşar lider” sənədli filmi nümayiş olundu.

Keçidlər