Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar qəbul keçirildi.

25 avqust 2026 | 16:25

25 avqust 2026-cı il tarixində Sumqayıt şəhəri, 9-cu mikrorayon, H.Aslanov adına 22 nömrəli tam orta məktəbin akt zalında Sumqayıt şəhərində müvəqqəti məskunlaşan Zəngilan sakinləri ilə növbəti səyyar qəbul-görüş təşkil olundu. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, eləcə də rayonun idarə, müəssisə rəhbərləri iştirak etdilər.

​Rayon İcra Hakimiyyətinin başçısı Möhtərəm Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə irimiqyaslı sosial-iqtisadi islahatların ardıcıl xarakter aldığını, əhalinin rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü addımlar atıldığını diqqətə çatdırdı. Rayon rəhbəri, həmçinin işğaldan azad edilmiş Zəngilan rayonunda sürətlə davam edən böyük quruculuq və bərpa işlərindən bəhs edərək, mərhələli köç prosesinin uğurla həyata keçirildiyini, sakinlər üçün hər bir şəraiti olan müasir yaşayış evlərinin istifadəyə verildiyini vurğuladı.

​Səyyar qəbul çərçivəsində vətəndaşların müraciət və təklifləri fərdi qaydada dinlənildi. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz müsbət həllini tapdı. Əlavə araşdırma tələb edən digər müraciətlərin isə qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ və obyektiv həlli üçün aidiyyəti struktur rəhbərlərinə konkret tapşırıqlar verildi və icrası nəzarətə götürüldü.

​Yekunda sakinlər işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərinə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eləcə də vətəndaş müraciətlərinə həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər