Sumqayıt şəhərində məskunlaşan sakinlərlə rayon rəhbərinin növbəti səyyar qəbulu keçirildi
Rayon rəhbəri Ramiz Həsənovun növbəti səyyar qəbulu iyul ayının 31-də, Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 2 nömrəli tam orta məktəbin akt zalında İcra Hakimiyyətinin məsul əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş ərazilərdə aparılan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verərək bildirdi ki, mərhələli şəkildə köç prosesi və Zəngilan rayonunda sakinlərin istifadəsinə verilməsi üçün tam təminatlı müasir evlərin tikintisi davam edir.
Səyyar qəbul zamanı müraciətlərin bir hissəsi yerindəcə həll olundu, icrası mümkün olmayan məsələlərlə bağlı isə müvafiq araşdırmaların aparılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ tədbirlərin görülməsi üçün aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verildi.







