Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəbin akt zalında növbəti səyyar qəbulu keçirildi.

22 sentyabr 2026 | 17:46

Vətəndaşların müraciətlərinin yerində öyrənilməsi və onları narahat edən məsələlərin operativ həlli məqsədilə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəbin akt zalında növbəti səyyar qəbulu keçirildi.

Görüşdə Zəngilan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri, eləcə də rayon sakinləri iştirak etdilər.

Qəbul zamanı sakinlərin müraciətləri rayon rəhbəri tərəfindən fərdi qaydada dinlənilərək qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Həlli əlavə araşdırma tələb edən müraciətlərin nəzarətə götürülməsi və nəticələri barədə vətəndaşların məlumatlandırılması tapşırıldı.

Səyyar qəbul zamanı vətəndaşlarla birbaşa ünsiyyətin əhəmiyyəti vurğulandı, bu cür görüşlərin sakinlərin müraciətlərinin yerində öyrənilməsinə və aidiyyəti qurumlarla vətəndaşlar arasında operativ əlaqənin təmin edilməsinə xidmət etdiyi qeyd olundu.

 

Keçidlər