“Son zəng” tədbiri keçirildi.
Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Zəngilan rayon 20 nömrəli tam orta məktəbdə də son zəng tədbiri keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Aparatın məsul işçiləri və Zəngilan rayon 20 nömrəli tam orta məktəbin pedoqoji kollektivi, valideynlər iştirak etdi.
Dövlət himninin sədaları ilə açıq elan edilən tədbirdə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Müəllimləri, şagirdləri tədris ilinin uğurla başa çatması münasibətilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov məzunlara müstəqil həyatda atacaqları addımlarda müvəffəqiyyətlər arzuladı.
Tədbir məktəbin 1-ci və məktəb həyatına əlvida deyən 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət musiqili-bədii hissə ilə davam etdi.