Şriftin ölçüsü :

Saytın rəngi :

“Son zəng” tədbiri keçirildi

14 iyun 2022 | 15:49

Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Zəngilan rayonu Vətən Müharibəsi Qəhrəmanı Surxay Noçuyev adına 1 saylı tam orta məktəbdə də son zəng tədbiri keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, rayonun Təhsil şöbəsinin məsul işçiləri, çoxsaylı şagird və müəllim kollektivi, valideynlər iştirak etdi.

Dövlət himninin sədaları ilə açıq elan edilən tədbirdə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Müəllimləri, şagirdləri tədris ilinin uğurla başa çatması münasibətilə təbrik edən RİH başçısı Ramiz Həsənov məzunlara müstəqil həyatda atacaqları addımlarda müvəffəqiyyətlər arzuladı.

 “Son zəng” tədbirləri rayonunun digər məktəblərində də məzunların həyatında xoş xatirəyə çevrildi.

Keçidlər