Şriftin ölçüsü :

Saytın rəngi :

“Son zəng” tədbiri keçirildi

14 iyun 2023 | 12:26

Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Zəngilan rayonu 4 nömrəli tam orta məktəbdə də son zəng tədbiri keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, məktəbin şagird və müəllim kollektivi, valideynlər iştirak etdi.

Dövlət himninin sədaları ilə açıq elan edilən tədbirdə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Müəllimləri, şagirdləri tədris ilinin uğurla başa çatması münasibətilə təbrik edən RİH başçısı Ramiz Həsənov məzunlara müstəqil həyatda atacaqları addımlarda müvəffəqiyyətlər arzuladı.

Tədbir məktəbin 1-ci və məktəb həyatına əlvida deyən 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət musiqili-bədii hissə ilə davam etdi.

“Son zəng” tədbiri 2022-2023-cü tədris ilində fərqlənən şagirdlərə təşəkkürnamələrin təqdim olunması ilə yekunlaşdı.

Rayonunun digər məktəblərində də son zəng tədbirləri məzunların həyatında xoş xatirəyə çevrildi.

Keçidlər