Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbul zamanı rayon sakinlərinin müraciətləri dinlənildi, onları narahat edən məsələlər ətrafında müzakirələr aparıldı.

09 iyun 2026 | 17:17

Təsdiq edilmiş qrafikə əsasən rayon rəhbəri Ramiz Həsənovun zəngilanlı sakinlərlə növbəti səyyar qəbulu 09 iyun 2026-cı il tarixdə, Nizami rayonu, Əlif Hacıyev küçəsi 3, Respublika kimya-biologiya təmayüllü liseyin akt zalındə RİH başçısı aparatının məsul əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin, rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə  təşkil olundu.   

Rayon İcra Hakimiyyəti başçısı cənab prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş torpaqlarımızda olan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumatlar verdi.

Rayona köçürülmənin müddəti, qaydaları  və şərtləri, rayonda məşğulluq imkanları, sosial təminat barədə məlumat almaq istəyən sakinlər rayon rəhbəri tərəfindən  məlumatlandırıldı. Vətəndaş müraciətlərinin operativ araşdırılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll olunması üçün Rayon İcra Hakimiyyəti başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verildi.

Səyyar qəbulda iştirak edən vətəndaşlar onların müraciətlərinə diqqətlə yanaşılmasına görə minnətdarlıqlarını bildirərək, bu cür görüşlərin əhalinin problemlərinin operativ həllində mühüm rol oynadığını vurğuladılar.

 

Keçidlər